Taliban bu seriala görə ayağa qalxıb

Taliban bu seriala görə ayağa qalxıb

27 May 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Təhdidlər yağır...

Əfqanıstanda da yayımlanan "Aşkı memnu" serialındakı yasaq sevgi ölkəni bir-birinə qatdı. "Tolo" kanalında yerli dillə həftədə 5 bölüm nümayiş olunan serialın əfqan ailəsinə zərər verdiyini düşünən Talibançılar ayağa qalxdılar. "Eş al Mamnou" adla yayımlanan serialı əxlaqsızlıqda günahlandıran radikal İslamçılar Tolonun binasını partlatmaq qərarına gəliblər. Və bunun üçün də internetdən bir kampaniyaya start verilib. Xəbərə görə, "Aşkı memnu"nun yayımlandığı saatda Əfqanıstanda həyat dayanır. Beren Saat ölkədə bir seks-simvol halına gələrkən, Kıvanç Tatlıtuğ kişilərin qısqandığı ən böyük isimdir. Bəziləri intiharlardan, bombalardan, müharibələrdən bezmiş əfqanların təsəllini bu serialda tapdığını vurğulayırlar.

Nədənsə əfqanlar melodrama filmini də "döyüş" filmi kimi qəbul edirlər.

Günel Həbib

O.M.