VİDEO: Qanuni oğlu Mustafanı belə boğdurtdu

VİDEO: Qanuni oğlu Mustafanı belə boğdurtdu

13 Fevral 2014 12:17
2 931
Bəyəndim (0) Bəyənmədim (0)
Növbədə şahzadə Beyazıddır?

Uzun illərdir yayımlanan və reytinq cədvəlində hər zaman zirvədə olan "Muhteşem Yüzyıl"ın dünən növbəti seriyası izləyicilərə təqdim olundu. Hesablamalara görə, Parqalı İbrahim paşanın ölümündən sonra bu serialın ən çox izlənən və maraqla gözlənilən bölümü məhz sonuncu bölümü idi. Hətta şahzadə Mustafanın boğdurulması bölümündə "Tims Production" reklam çarxlarından külli miqdarda pul qazandı. Adi günlərdə reklam sahiblərindən müəyyən qədər qonorar alırdılarsa, şahzadə Mustafa sayəsində reklam çarxlarından əldə olunan gəlir iki-üç qat olub.

Onu da nəzərinizə çatdıraq ki, şahzadəyə can verən aktyor Mehmet Günsürün qabiliyyəti alqışa layiq olub. Həqiqətən ünlü şahzadə Mustafanın həyatını, taleyini izləyicilərə sözün əsl mənasında yüksək səviyyədə çatdıra bilib.

Beləliklə, finala doğru addımlayan "Muhteşem Yüzyıl"ın dünənki seriyasında şahzadə Mustafa edam olundu. Taxt-tac Hürrem sultana və onun oğullarına keçdi. Bu minvalla da yeni bir macəra başlamış oldu

Deyilənlərə görə, hətta Qanuni Sultan Süleyman Hürrem sultandan olan oğlu Beyazıdın da canına qıyır. Lakin bu iddianın serialda nə dərəcədə əksini tapacağını zaman göstərəcək.

Günel Həbib