Arzum "Eurovision-2011" təmsilçilərimiz haqda danışdı

Arzum "Eurovision-2011" təmsilçilərimiz haqda danışdı

26 May 2011 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

O da Azərbaycanı "Eurovision-2011"də təmsil etməkdə israrlı idi. Əlindən gələni əsirgəmədi və düz beşinci yerə kimi yüksəldi. Əlbəttə, o qədər iştirakçı arasında bu yerə gəlib çıxmaq da bir hünər tələb edirdi. Arzum bu nailiyyəti əldə etməyi bacardı. Ancaq arzusuna çata bilmədi. "Buna görə heyfsilənmirəm. Bəlkə də mən və ya bir başqası getsəydi, Azərbaycan heç də birincilik qazana bilməyəcəkdi. Eldarla Nigarı təbrik etmək düşür bizə. Hər kim gedirsə, bu, nailiyyət Azərbaycanımız üçündür", - deyən Arzum Ell və Niki haqda xoşagəlməyən sözlər danışanlara da iradını bildirdı:

- İnanırsınız, onlar o qədər iddiali idilər ki. Məşqlər zamanı görürdüm. Deyim ki, Nigarda böyük güc hiss olunurdu. Onun qazanacağına əmin idim. Eldarla Nigar bizləri layiqincə "Eurovision-2011"də təmsil etdilər. Düzdür, bizlərlə bərabər olan bəzi iştirakçılar sonradan etirazlarını bildirdilər. Ancaq düzgün etmədilər. Necə olursa-olsun, Azərbaycanımız təmsil olunub, bunu qiymətləndirməli, dəyərləndirməliyik. Onları bəyənməyənlər onların yerinə olsaydılar, indi özlərini qaldırıb, dağ başına qoyardılar. Ancaq hər ikisi yenə də sadəliklərini qoruyub saxlayıblar.

Onu da əlavə edim ki, Eldarla Nigarı bəyənməyərək, onların heç bir uğura imza atmayacaqlarını əminliklə söyləyənlər arasında Aynişan Quliyeva da var idi. Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan...

Könül Aypara