Alim Qasımov cavanlığında meyxanadeyən olub

Alim Qasımov cavanlığında meyxanadeyən olub

4 Fevral 2014 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Meyxanaçı Namiq Qaraçuxurlu muğam ifaçısı Alim Qasımov haqqında danışıb

Alim Qasımovun zamanında Şamaxı toylarında meyxana dediyini qeyd edən meyxanaçı sənətkarı belə xarakterizə edib:
"Sənətimiz, sənətdə olan pilləmiz ayrı olsa da, yaradıcılıq taleyimi çox bənzədirəm. Bildiyim qədər Alim Qasımov yeniyetmə dövründə Şamaxıda bir çox toylarda meyxana deyib.
Muğam sənətində etdiyi yeniliklər marağa, eyni zamanda böyük tənqidlərə səbəb olub.
O, bu yenilikləri sayəsində muğamımızı bir çox ölkələrdə sevdirib. Böyük sənətkar zaman-zaman tədbirlərdə klassik muğam ifa edərək hər kəsə izah edib ki, mən bunu bacarıram, lakin uğurlarımızı bol etmək üçün içimdən gələn yeniliklərə ehtiyac var".