Vaqif Əsədovdan Rəqsanəyə zərbə: "Onun sürücülük vəsiqəsi məhdudlaşdırıldı"

Vaqif Əsədovdan Rəqsanəyə zərbə: "Onun sürücülük vəsiqəsi məhdudlaşdırıldı"

4 Fevral 2014 14:48
777
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov müğənni Rəqsanə İsmayılovanın qızı haqqında yeni açıqlama verib.

"Günəbaxan" verilişinə qonaq olan V.Əsədov gənc qızın məlum açıqlamasını yol polisinin fəaliyyətinə zərbə vurmaq kimi qiymətləndirməyib:"Mənim əlimdə Aysun İsmayılova ilə bağlı bir sübut yoxdur ki, ona cəza kəsim. Xanımın bu ifadələri yol polisinin fəaliyyətinə zərbə vurmaq deyil. Biz bunu kiçik yaşlı qızın anası ilə öyünməsi halı kimi qiymətləndiririk. Bu cür səhvlərin bir də təkrarlanmayacağına inanırıq".

DYP rəsmisi həmçinin bildirib ki, R.İsmayılova son vaxtlar bəzi yol hərəkət qaydalarında pozuntulara yol verib:"Buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılıb".

Xatırladaq ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar" sözlərini demişdi.