"Muhteşem Yüzyıl"ın finalında Meryem Uzerli sürprizi!

"Muhteşem Yüzyıl"ın finalında Meryem Uzerli sürprizi!

4 Fevral 2014 10:19
1 155
Bəyəndim (0) Bəyənmədim (0)
Finala yaxınlaşan serial izləyiciləri təəccübləndirəcək

Yayımlandığı 05 yanvar 2011-ci ildən bu yana reytinq zirvəsini heç bir rəqibinə həvalə etməyən "Muhteşem Yüzyıl" yavaş-yavaş finala doğru addımlayır. Mediainfo.az xəbər verir ki, önümüzdəki ay final bölümü ilə ekranlarla vidalaşacaq olan serialın izləyiciləri üçün super sürpriz hazırlandı. Belə ki, serialın bütün heyəti artıq üç aydır ki, bü sürpriz üzərində çalışmaqdadır. "Tims Production" "Muhteşem Yüzyıl"ın finalı üçün sənədli film hazırlatdırır. Hansı ki, bu filmdə serialın çəkilişləri zamanı kamera arxasında baş verənlərdən tutmuş, efirə getməyən kadrlara qədər - bütün tarixçə əks olunacaq. Film final bölümündən sonra yayımlanacaq və ondan əldə ediləcək gəlir mərhum ssenarist Meral Okayın vəsiyyəti üzərinə Nesin Metamatik kəndinə bağışlanacaq.

Ötən il xərçəngə yenilən ssenarist Meral Okayla aktyor Tuncel Kurtiz də filmdə yaddan çıxmayıblar. Hətta "Muhteşem Yüzyıl" və onun tamaşaçılarını yarı yolda qoyan Hürrem sultan - Meryem Uzerli də sənədli filmdə serial haqda düşüncələrini bizimlə bölüşəcək.

Odur ki, "Muhteşem Yüzyıl"dan böyük bir sürpriz gəlir... Hazırlaşın!

Günel Həbib