Elmira Ələkbərzadə dodaqlarına silikon qoydurub

Elmira Ələkbərzadə dodaqlarına silikon qoydurub

26 May 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)


O, həddindən artıq kökəldiyindən səhhətində bir çox problemlər əmələ gəlmişdi. Düzdür, özündə heç bir kompleksi yox idi; hamı kimi yeyirdi, içirdi, oynayırdı, gəzib-dolaşırdı. Bir sözlə, məclislərdə, dəvət aldığı məkanlarda cəmiyyət arasına çıxmaqdan çəkinmirdi. Buna baxmayaraq, tez-tez səhhətində nasazlıq yaranırdı. Məhz bu üzdən o, həyatını təhlükədən qorumaq qərarına gəldi və məqsədinə də sonda nail ola bildi. Beləcə, düz üç il ərzində on kilolarla arıqladı. Hazırda isə cəmi-cümlətani 48 kilodur. Söhbət Elmira Ələkbərzadədən gedir.

Bir ayağı Amerikada, digəri Azərbaycanda olan müğənni haqda yeni bir xəbərimiz var. Burnuna qarşı kompleksi olan Emma burun əməliyyatından qorxsa da, deyəsən, dodaqlarına selikon qoydurmaqdan heç də çəkinməyib. Bəli, E.Ələkbərzadə də bir çox həm kişi, həm də qadın həmkarları kimi dodaqlarına selikon qoydurub. Onu da nəzərinizə çatdırım ki, bu plastik əməliyyat məhz yerli klinikaların birində baş tutub.

Yəqin ki, indən belə Emma ürəklənib, burnunu da düzəltdirər. Olar lap fransız xanımı...

Könül Aypara

O.M.