Yusif Mustafayevin səhhətində problem var?!

Yusif Mustafayevin səhhətində problem var?!

26 May 2011 08:30
Bəyəndim (0) Bəyənmədim (0)


Tanınmış müğənni, "Ana" mahnısı ilə anaların qəlbinə yol tapmış Yusif Mustafayev Bilgəhdə yerləşən istirahət mərkəzinə üz tutub. Sözün açığı, bu xəbəri eşitcək, Yusif müəllimin səhhətində problem yarandığı zənn etdik. Lakin yaxınlarından aldığımız məlumata görə, müğənni sadəcə olaraq, dincəlmək məqsədilə Bilgəh İstirahət Mərkəzinə yola düşüb. Sən demə, bu illər ərzində o, tez-tez sözügedən məkana üz tuturmuş.

Onu da əlavə edək ki, Yusif müəllimi yaxınları, doğmaları ilə yanaşı sənət yoldaşları da ziyarət edir. İstirahət mərkəzindən verilən məlumata görə, həmin gün məkanın sakinləri əməlli-başlı konsert dinləyirlər.

Oxumeni.az-ın bir şüarı var: "Biz işləyirik ki, siz istirahət edəsiniz." Müğənnilərdə isə bu şüar bir qədər başqa cür səslənir: "Biz istirahət edirik ki, siz də istirahət edəsiniz."

Könül Aypara

O.M.