Rəşad Dağlı həyat yoldaşı ilə birgə Azərbaycanı tərk edib

Rəşad Dağlı həyat yoldaşı ilə birgə Azərbaycanı tərk edib

26 May 2011 03:27
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda atalıq sevincini yaşayan Rəşad Dağlı /Əmirov/ Azərbaycanı tərk edib! Gənc meyxanaçı həyat yoldaşı ilə bərabər Türkiyənin Kəmər vilayətinə yola düşüb. "Toyumdan sonra mənə ana qədər əziz olan bibimi itirdim... Bu üzdən bal ayını təxirə saldım. İndi Kəmərdəyik. Bura olduqca gözəldir, füsunkardır, əsl cənnəti xatırladır. Düzdür, Azərbaycanımızda da gözəl məkanlar var, gəzməli, görməli yerlər çoxdur. Mən bütün bölgələrdə olmuşam deyə, qonşu ölkəni seçdim. Bakıda havalar hələ sərin keçsə də, Kəmərdə artıq dənizə baş vururlar. Havanın temperaturu yüksəkdir. Bir həftəlik vaxtımdan istifadə edib, ailəmə ayırdım. Yay fəslində çoxlu toylarım var, demək olar ki, bir həftəlik boş günlərim olmayacaq. Buna görə istirahəti indiyə salmalı oldum. Hamıya məsləhət görürəm ki, dincəlməyə vaxt ayırsınlar, insan ömrü üçün bu, mütləqdir. Həyat adama bir dəfə verilir, bundan istifadə etmək lazımdır. Hamıya uğurlar!" - deyən Rəşad D. telefon bağlantısında bunları söylədi.

Canımı canan apardı getdi, bir ahu ceyran apardı getdi...

Könül Aypara

O.M.