Sinan Akçılla Hadisə arasında "Eurovision" qalmaqalı

Sinan Akçılla Hadisə arasında "Eurovision" qalmaqalı

26 May 2011 03:02
Bəyəndim (0) Bəyənmədim (0)

2009-cu ildə Türkiyəni "Eurovision" mahnı müsabiqəsində Hadisə təmsil etmişdi. Əgər xatırlayırsınızsa, o, "Dum tek-tek" mahnısını oxumuşdu, hansı ki, sözügedən mahnının bəstəsi Sinan Akçıla aid idi. Sonradan Hadisə Sinanla eşq yaşamağa başladı, amma digər sənətçilərdə olduğu kimi, bu sevda da uzun sürmədi. Məhz Hadisə tərəfindən sevgiyə son qoyuldu.

Hazırda Sinan A. bəstəkarlıqla yanaşı müğənnilik də etməyə başlayıb. O, çox iddialıdır. Keçmiş sevgilisindən qisas almaq məqsədilə hətta "Eurovision-2012" müsabiqəsinə qatılmaq niyyətindədir. "Açığını deyim ki, 2009-cu ildə "Eurovision"da iştirak edən Azərbaycan nümayəndəsi - Aysel Teymurzadə və Araşın dueti mükəmməl idi. Məhz onlar birinciliyə layiq idilər. Düzdür, üçüncü yerə yüksəldilər, amma etiraf edirəm ki, onlara külli sayda səs yollamışdım. Builki təmsilçilərin də mahnısı yaddaqalan, ürəyəyatımlıdır, bunu bəstəkar kimi deyirəm. Görünüşləri də superdir və mən əminliklə deyirəm ki, cütlük - Eldarla Nigar həqiqi yerlərini tutdular. Gələn il Azərbaycanda möhtəşəm, tarixə düşəcək bir "Eurovision" müsabiqəsinin təşkil olunacağına əminəm. Və mən də Türkiyəni həmin yarışmada təmsil etməyə hazıram. Əgər mən qazanası olsam, növbəti il "Eurovision-2013" Türkiyədə keçiriləcək", - deyən Sinan müsahibəsi ilə eks sevgilisinin gülüşünə səbəb olub.

Hadisə:

- Qalib olmaq hər insana nəsib olmur. O, hələ Türkiyədə bacarıqlarını göstərməlidir, burada tanınmalıdır ki, sonra Azərbaycana çıxsın. Amma mən bütün varlığımı qoymuşdum. Hər kəs Sertab Erener, Hadisə ola bilməz. Bir seyrçi kimi "Eurovision"u izləmək üçün Azərbaycana gedəcəyəm, orada mənim çoxlu dostlarım var.

Bir işə bax... Vaxtilə Azərbaycana külli miqdarda pulun müqabilində təşrif buyuranlar, barəmizdə tənqidi məqalələr yazdıranlar indi Azərbaycanda hətta dostlarının olması ilə belə fəxr edirlər.

Könül Aypara

O.M.