"Ekstrim" tezliklə "Space"də yayımlanacaq

"Ekstrim" tezliklə "Space"də yayımlanacaq

26 May 2011 01:24
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnilərimiz Afrikaya yola düşürlər

"Ekstrim Azərbaycan" cəmiyyətinin "Space TV ilə birgə hazırladığı "Eksrim" realiti-şousu 4 iyun tarixindən etibarən "Space"də yayımlanmağa başlayacaq. Şouya qatılan 12 nəfər – müğənnilərdən Aygün Kazımova, Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli, "Kristal" qrupunun eks solisti Lalə, türkiyəli prodüser Kemal Cenk İçten, "Dəyirman" rep-qrupunun üzvü Malik, teleaparıcı Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılov Afrikanın Namibiya ölkəsinə gedəcəklər. Məhz bu isti məkanda iştirakçıların çətin sınaqdan necə çıxacaqları planlaşdırılıb. Onlar ekstremal şəraitdə yaşayacaqlar. Qalib gələn iştirakçıya bahalı idman avtomobili hədiyyə olunacaq.
Məlumatlara görə, bu layihənin gerçəkləşməsi üçün 1 milyon dollar ayrılıb. Anoloji layihə xarici ölkələrin telekanallarında da yayımlanır /məsələn, Türkiyənin "Shou" telekanalındakı "Survivor" layihəsi/. Amma onların büdcəsi daha böyükdür.

Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı telejurnalist Emin Əhmədovdur. Bu, o Emindir ki, "Lider" TV-də "Azadlıq" qəzetinin sabiq direktoru Azər Əhmədovla bağlı açıq-saçıq səhnələrlə zəngin qalmaqallı videolentin efirə verilməsindən sonra işdən çıxmışdı.

Könül Aypara