13 məşuqəsi, 3 qeyri-qanuni uşağı var!

13 məşuqəsi, 3 qeyri-qanuni uşağı var!

23 May 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Arnold Şvartsneqqerin 6 nəfərlik ailəsi hər keçən gün daha da genişlənir! "Terminator" filmlərini bəzəyən aktyorun 13 məşuqəsi və 2 qeyri-qanuni uşağı olduğu da ortaya çıxdı.

Arnoldun qonşusu, ünlü aktrisa Ceyn Seymor "CNN İnternational"a müsahibə verdi: "Arnoldun xidmətçinin oğlundan başqa, daha 2 qeyri-qanuni uşağı var. Çox yaxında onlar da ortaya çıxacaq."

Başqa tərəfdən, Kaliforniyanın eks qubernatorunun xidmətçisi Mildredlə yanaşı, onun anası və bacısı ilə də cinsi əlaqəyə girdiyi iddia edilir. Çünki bir dönəmlər Miriam və Evelayn da dünyaşöhrətlinin evində xidmətçilik etmişdilər.

Sən demə, Svarsneqqer həyatda da terminator imiş...

Günel Həbib

O.M.