Azərbaycan gözəli adından istifadə edildiyini vurğuladı

Azərbaycan gözəli adından istifadə edildiyini vurğuladı

20 May 2011 18:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Best model of Azerbaijan-2008" müsabiqəsinin qalibi Esmira Novruzova şoka düşüb! Onun adından istifadə edərək, ərə getmək istəyən tapılıb! "Dünən mənə dost-tanışlarım zəng vurub bildirdilər ki, sən "Onun yarısı" verilişinə zəng edib, "Uğur" adlı oğlana talib düşmüsən? İnanın ki, şoka düşdüm. Axı evdə oturduğum halda adımdan niyə istifadə edirlər? Ümumiyyətlə, bu hərəkəti azəri qadınına yaraşdırmıram", - deyə açıqlama verən Esmira iki saat əvvəl canlı bağlantı zamanı "Onun yarısı"nin tamaşaçılarına bildirdi. Məlum oldu ki, Azərbaycan gözəli heç də efirdə özünə ər axtarmaq eşqinə düşməyib. Aparıcı Z.Baxşəliyev də indən belə gələn yanlış zənglərin nömrələrini birbaşa efirdə söyləyəcəyini vurğuladı. Yəqin ki, özlərinə talib axtaranları ələ salanlar bir daha bu kimi səhvləri təkrarlamazlar.

Könül Aypara