Türkiyə mətbuatı: "Aysel Teymurzadənin İstanbula səfəri bəlli deyil"

Türkiyə mətbuatı: "Aysel Teymurzadənin İstanbula səfəri bəlli deyil"

20 May 2011 15:18
1 242
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanı "Eurovision-2009" mahnı müsabiqəsində üçüncü yerə yüksəldən Aysel Teymurzadənin yaxın günlərdə Türkiyəyə səfəri var. Amma nədənsə milli mətbuatda bu xəbər hələ də yer almayıb.

Ayselin gizli səfəri Türkiyə mediaçıları tərəfindən izlənilməkdədir. Qardaş ölkənin internet saytlarında yazılır ki, A.Teymurzadənin İstanbula gələcəyi dəqiqləşdirilib, amma bu səfərin hansı məqsəd daşıdığı nədənsə bəlli deyil və ümumiyyətlə, açıqlanmır.

Xatırladım ki, bir ay əvvəl Ayselin iki il öncə çiyin-çiyinə çalışdığı dünyaşöhrətli müğənni Araşın toy mərasimi olmuşdu. Ancaq nə Aysel həmin məclisdə könüllü də olsa iştirak etmiş, nə də bəy tərəfindən dəvət almışdı. Azərbaycandan yalnız Xəyyam Nissanov həmin mərasimdə olmuşdu. Bu barədə də Türkiyə mətbuatında xeyli məqalələr yazılmış, Aysellə Araş arasından qara pişik keçdiyi vurğulanmışdı. Bir sözlə, mövsu uzun müddət gündəmdə qaldığından türklərin "merakına" səbəb olmuşdu. Yəqin ki, bu dəfəki səfərində A.Teymurzadə onlara həm gəlişinin səbəbini, həm də Araşın toyunda iştirak etməməsini açıqlayar.

Könül Aypara