Elnur: "Bundan sonra bizi bütün dünya tanıyacaq"

Elnur: "Bundan sonra bizi bütün dünya tanıyacaq"

20 May 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanın "Eurovision-2011" yarışmasında qalib olduğunu təyyarədə ikən öyrənmişəm" - deyən Elnur sevincindən hətta göz yaşlarına boğulduğunu da etiraf edib:


- Gözlərim doldu. Bu, sevinc göz yaşlarından irəli gəlirdi. Həmin gün mən ikiqat bayram qeyd etdim. Belə ki, Türkiyədə keçirilən ödül gecəsində bir mükafata layiq görüldüm. Avropa Qazeteçiler Dərnəyinin mükafatına. Sonra da üçrəngli bayrağımızın Avropada birinci olaraq dalğalandığını eşitdim. Nigarla Eldarı həm qələbə münasibətilə təbrik edir, həm də onlara Azərbaycan musiqisinin, incəsənətinin, həmçinin, müğənnilərinin bütün dünyada tanıtdırdıqlarına görə minnətdaram. Bundan sonra bizi bütün dünya tanıyacaq.

Könül Aypara

O.M.