Natəvan Həbibinin ad günündə Elnur da olacaq

Natəvan Həbibinin ad günündə Elnur da olacaq

20 May 2011 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün şou-biznes aləmində tanınmış simaya çevrilmiş Natəvan Həbibinin ad günüdür. "Qadından yaş soruşmazlar", - deyənlər yanılmayıblar. Natavan da yaşını gizli saxlayanlardandır.

N.Həbibi bu sevincli gününü axşama qədər ailə üzvləri ilə, gecədən sonra isə dost-tanışları ilə keçirməyi planlaşdırıb. Deyilənə görə, müğənni xanım üçün xüsusi olaraq şəhərin ən tanınmış və eyni zamanda menyusu olan gecə klublarından biri bağlatdırılıb. Həmin "xeyirxahlıq" kim tərəfindən irəli sürülübsə, hələ ki, dəqiq məlum deyil.

Natanın yaxın dostları ilə yanaşı, əzizi olan müğənni Elnur da partidə iştirak edəcək. Bu günlərdə nişanlanan Elnurun gecə klubuna tək və ya nişanlısı ilə gələcəyi sual altındadır.

Könül Aypara