Məşhur kino ulduzu Istanbulda

Məşhur kino ulduzu Istanbulda

6 Aprel 2011 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivudun ən məşhur aktiyorlarından biri olan Ben Aflek yeni filminə məkan axtarmaq üçün gəldiyi İstanbulda dünən Kapalıçarşını gəzdi. Bazarın dükanlarının damına çıxaraq, bol-bol foto və kamera görüntüsü əldə edən aktyorun buradakı ilk dayanacağı isə Kapalıçarşnın xalçaçı dükanı - Hakan Evin məkanı oldu.

Kaliforniyaya alıb apardığı əntik xalçaları başqa yerlərdə görməkdən narahat olduğunu bildirən Aflek dükana girər-girməz, "Burada dünyada bənzəri olmayan modelləri görmək istəyirəm" dedi. Bəyəndiyi kiçik bir xalçanın qiymətinin 150 min avro olduğunu öyrənəndə, "O la la" - deyərək, davamında türkcə, "Bahalı, bahalı" - söyləyən ulduz hamını təəccübləndirdi. Ala bilmədiyi bu xalını oxşayaraq, hər kəsi güldürdü. Alver əsnasında xalçaların tək-tək şəklini çəkib MMS-lə yoldaşı Cenifer Qarnerə göndərən Aflek, "Əgər alıramsa, patrondan da izn almalıyam", - deyərək, bununla da həyat yoldaşına necə bağlı olduğunu da göstərmiş oldu.

Çox götür-qoydan sonra dükanda 1 saat qalan məşhur sima cəmi qiyməti 167 min 782 avro olan 6 ədəd xalça aldı. Yanında qoruması olmadan gəzən Aflek təvazökar rəftarı ilə satıcıların da rəğbətini qazandı.

Benin bazara məhz "Kayseri" və əntik "Uşak" xalçası üçün gəldiyi informasiyası da əldə olunub.