YENİLƏNİB-Terminator"un xidmətçi sevgilisi və oğlu

YENİLƏNİB-Terminator"un xidmətçi sevgilisi və oğlu

20 May 2011 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Eks Kaliforniya qubernatoru, "Terminator" filminin qəhrəmanı Arnold Şvartsneqqerin xidmətçi sevgilisinin və qeyri-qanuni doğulmuş oğlunun kimlikləri ortaya çıxdı. 51 yaşlı Mildred Beananın 20 ildir aktyor ailəsinin təmizlik, paltar, qab, yemək bişirmək kimi ev işlərini gördüyü söylənildi. Aradabir evin rəisinin "yatağını da bəzəyən" Mildredin ondan doğulan oğlunun hazırda 14 yaşı var. İddiaya görə, həftədə 1200 dollar qazanan xidmətçiyə oğlu olduqdan sonra "Terminator" aliment belə verməyə başlayıb. Onu da xatırladaq ki, Arnold Şvartsneqqerin 3 uşağı daha var.

Vaxtında qəpik-quruş verib qoruyucu vasitədən istifadə etsəydi, indi həftədə 1200 dollar, hələ üstəlik aliment verməzdi...

Günel Həbib

O.M.