Bəxşiş ortalığı qarışdırdı

Bəxşiş ortalığı qarışdırdı

19 May 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)


Demet Akalın dünən bardan çıxınca satıcıya 50 avro verdikdə ortalıq qarışdı.

"Kral Tv" ödülləndirmə gecəsindən mükafatsız ayrılan Demet Akalın bar-bar gəzib, təsəlli axtardı. Ancaq çıxdığı gecə turu da dadız bitdi. Populyar xanım "Eylence" gecə klubundan çıxarkən papaq satan satıcı ilə qarşılaşdı. Bəxşiş kimi 50 avro verdi. Bununla ortalıq qarışdı. Satıcının digər həmkarları da o bəxşişdən almaq üçün Demetin üstünə hücum etdilər. Bu vəziyyətdən qorxuya düşən müğənni maşınına mindi. Qarmaqarışıqlıq klubun cangüdənləri tərəfindən sakitləşdirildi.


Yəqin Demet Akalın papaq almaqla mükafat verən təşkilatçılara demək istəyib ki, adam kişi olar...

Günel Həbib

O.M.