Kim nə qədər aldı?

Kim nə qədər aldı?

19 May 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
"Survivor" pul kəsir

Yəqin ki, aranızda Türkiyədə hazırda yayımlanan "Survivor" verilişini izləyənlər var. İzləməyənlərin nəzərinə çatdıraq ki, bu proyektin iştirakçıları həyat uğrunda mübarizə aparırlar. Qalib isə 250 min avronun sahibi olacaq. Bu dəfəki "Survivor"un iştirakçıları ünlülər və könüllülərdir. Aldığımız xəbərə görə, ünlülər bu layihədə iştirak etmək üçün verilişin məsullarından qonorar alıblar. "Survivor"u bəzəmək, onun baxılmasını təmin etmək, reytinqini artırmaq üçün Nihat Doğan (müğənni) və Paskal Nouma (futbolçu) 100 min, Dərya Büyükuncu (milli üzgüçü) 40 min, Ebru Destan (maniken-müğənni) 10 min, Zeynep Tunuslu (dizayner) 5 min, Asena (oriyental) ilə digər populyar simaların aldıqları qonorarlar isə 10 minlə 50 min avro arasında dəyişir.


Gördüklərim, eşitdiklərim və bildiklərimə əsasən əminliklə deyə bilərəm ki, tanınmışlar əvvəlcədən bu qədər qonorar alırlarsa, deməli, böyük mükafat - 250 avro elə təşkilatçıya çatacaq. Adı üstündə oyundur axı...

Günel Həbib

O.M.