Aleksandr Rıbak "rakını" xoşladı

Aleksandr Rıbak "rakını" xoşladı

18 May 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)


"Eurovision 2009"un qalibi Aleksandr Rıbak Norveç Milli Bayramı çərçivəsində konsert vermək üçün Antalyanın Alaniya mahalına gəldi. "Natalie" restoranında meneceri ilə şam yeməyi yeyən Rıbak norveçli müştərilərin marağı ilə qarşılaşdı. Norveçli turistlər onunla şəkil çəkdirib, konsert afişalarını imzalatdılar. Müğənni ilə məkanın müdiri Veli Arslan rakı içdilər. Rıbak ilk dəfə rakı içdiyini dilə gətirdi: "Bu çox sərt bir içkidir. Amma çox bəyəndim".


Rus olasan, içkini bəyənməyəsən...

Günel Həbib

O.M.