Musiqinin kralı onlardır

Musiqinin kralı onlardır

18 May 2011 13:10
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin "Kral Tv"sinin 17-ci dəfə düzənlədiyi musiqi mükafatları tədbirinə İbrahim Tatlısəslə Tarkan damğasını vurdular. Tarkan gecədə 7 kateqoriyada ödülləri süpürərkən, tədbirə xəstəxanadan canlı telefon bağlantısı ilə qoşulacağı bildirilən İbo sevənlərini məyus etdi. Müəyyən səbəblərdən telefon əlaqəsi ilə səsini eşitdirməyən imperatorun mükafatını məcburən meneceri Eyüp Kanat aldı. Mükafatı menecerə təqdim edən Orhan Gencebay isə, "Sevgili İbrahim Tatlısəs əgər bizi eşidirsə, ona sevgilərimizi göndəririk. Onu çox sevirik. Salamlar, tez dön", - deyə fikirlərini bildirdi. Tarkan mükafatlarını almağa gəlməsə də, sonda səhnəyə çıxaraq, hər kəsə sürpriz etdi.


Ulduz xəstəliyi Tatlısəsin xəstəliyindən də ağırdır...

Günel Həbib

O.M.