Firuzə İbadova yeni tikiliyə köçüb

Firuzə İbadova yeni tikiliyə köçüb

18 May 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)


Əməkdar artistimiz Firuzə İbadova yeni mənzilinə daşınıb. Bu barədə saytımıza açıqlama verən müğənni yeni mənzilindən tam razı qalmadığını da vurğulayıb:

- Mən açıq danışmağı xoşlayıram. Düzdür, şükür Allaha , buna da min şükür. Amma mən bundan da yaxşısına layiqəm. Neyləyim? Hələlik bu mənzildə - ikiotaqlıda yaşayarıq. Sonrası Allah Kərimdir. Qızım Hülya, nəvəm və mən, bir də nəvəmin dayəsi. Qızım işləyir deyə, uşağı dayəyə həvalə etməli oluruq. Dayə də özgəsi deyil, qohumdur. Tam arxayın olduğumuz adamdır. Qızım ərindən ayrılsa da, Kanadada yaşayan kürəkənim tez-tez uşaqla maraqlanır. Azərbaycana gələndə də ona baş çəkir, aparıb gəzdirir. Mümkün qədər vaxtını onunla keçirir. Nə deyim? Hərənin bir cür taleyi, qisməti var. Tezliklə bizə də dövlət tərəfindən geniş mənzil qismət olar, İnşallah! - deyən Firuzə xanım hazırda Yasamal rayonundakı yeni tikililərdən birinə yerləşdiklərini də əlavə etməyi unutmadı.


Sakinləri mehriban olan mənzil dar ola bilməz...


Könül Aypara


O.M.