Müğənni Yusif Mustafayev "İnfiniti" alıb

Müğənni Yusif Mustafayev "İnfiniti" alıb

18 May 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Hələ də fəxri ad arzusunda olan sənətçilər arasında populyar müğənni Yusif Mustafayev də var. "33 ildir sənətdəyəm, amma efirlərə dəvət almıram. Özəl telekanalları başa düşmək olar, kommersiyalıdırlar. Bəs dövlət kanalları? Mən pul vermək istəmirəm, istəsələr də, vermərəm. Niyə verməliyəm? Bəs illərdir canımı qoyuram axı bu sənətə", - deyə müsahibələrində bildirən Yusif müəllim bu günlərdə yeni avtomobil sahibi olub. Qiyməti təqribən 160-180 min manat civarında olan "İnfiniti" markalı avtomobili sənətçimiz halal pulu ilə, yəni toy məclislərində oxumaqla əldə edib. Hansı ki, heç vaxt heç kimlə toyun qiyməti ətrafında bəri başdan danışıqlar aparmağı sevmir: "Xalqın arasında olan müğənniyəm, güzərandan xəbərdaram. Ona görə də deyirəm ki, nəyə gücünüz çatır, verərsiniz."


Adı insana valideynləri verir. Xalqın arasında olan, xalqın sevimlisi olan müğənni isə elə onun xalq artisti sayılır...

Könül Aypara

O.M.