Baloğlan Əşrəfovun yeni evi artıq hazırdır

Baloğlan Əşrəfovun yeni evi artıq hazırdır

18 May 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən də başqaları kimi bağ ala bilərəm, amma..."

Əməkdar artist Baloğlan Əşrəfov hər il olduğu kimi bu il də yay tətilini böyüyüb boya-başa çatdığı Masallıda keçirəcək. Müğənni Azərbaycanın dilbər guşələrindən olan Masallıda təmir etdirdiyi yeni evinin tikinti işlərinin artıq başa çatdığını vurğulayır. "Düzdür, mən də digərləri kimi Bakıdakı qəsəbələrin birindən bağ evi alıb, yayı orada keçirə bilərəm. Amma doğmalarımdan, əzizlərimdən ayrı düşmək istəmərəm. Anam, qardaşlarım, ailə üzvlərim hamısı Masallıya yığışdığı halda necə tənhalığa çəkilim? Bu barədə çox düşünüb-daşındım, axırda qərara gəldim ki, Masallıda ev tikdirim ki, hər yayı orada dincələ bilim. Bundan başqa, havası da mənə xeyirlidir", - deyən B.Əşrəfov səhhətində hələlik heç bir problemə rast gəlmədiyinə görə Allaha duaçıdır:

- Bu canı insana Allah-Taala verir. Yalnız o da ala bilər. Amma bu, o demək deyil ki, biz insanlar canımızı çölə ataq ki, Allah bilən məsləhətdir. Xeyr! Allah-Taala buyurub ki, məndən bərəkət, sənsən də hərəkət. Yəni insan canının, sağlamlığının qeydinə qalmalıdır. Hər nə olursa-olsun, ilk öncə sağlamlığını düşünməlidir. Bütün vasitələrdə canın sağlamlığı birinci olmalıdır.


Sağlam bədəndə sağlam ruh olar...

Könül Aypara

O.M.