Ledi Qaqa jurnalist oldu

Ledi Qaqa jurnalist oldu

17 May 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)


Mahnıları və səhnə şouları qədər qeyri-adi geyim tərzi ilə gündəmdən düşməyən məşhur müğənni Ledi Qaqa İngiltərənin paytaxtı Londonda metro stansiyalarında ödənişsiz paylanan qəzet olan "Metro International"ı ziyarət edib və bir günlük qonaq redaktor olub. Qəzet işçiləri ilə yığıncaq edən Ledi Qaqa onlarla hansı xəbərin hansı səhifədə, nə qədər uzunluqda istifadə ediləcəyini və nəyin başlıq olacağını müzakirə edib. Saçlarına çəhrayı sprey sıxan, gözlərini tüldən bir bantla bağlayan Ledi Qaqa geyimi ilə jurnalistlik edərkən də xəbər mövzusu olmağı bacardı.


Gündəmdə qalmaq gözəl haldır, amma baxır hansı adla...

Tofiq Əliyev

O.M.