Tatlıses bu axşam canlı yayına çıxacaq

Tatlıses bu axşam canlı yayına çıxacaq

17 May 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Aylar sonra ilk dəfə


İbrahim Tatlıses bu gün "Kral Tv" musiqi mükafatları gecəsində sevənlərinə sürpriz edəcək. Mart gecəsi proqram çıxışında silahlı hücum nəticəsində ağır yaralanan və sol tərəfi iflic olan Tatlıses musiqi mükafatları mərasiminə Almaniyadan telefonla bağlanacaq. Almaniyadakı müalicəsi davam edən sənətçinin sağlamlıq vəziyyətinin hər keçən gün daha da yaxşılaşdığı bildirilir.


17-ci Kral Musiqi Mükafatları bu axşam "Haliç Konqres" mərkəzində reallaşdırılacaq olan mükafat mərasimi ilə sahiblərinə təqdim olunacaq. Ömür Gedik ilə Məsud Yarın aparıcılığı altında "qırmızı xalı" mərasimi yerli vaxtla saat 21:00-dan etibarən "Kral TV"də canlı yayımlanacaq. Mükafat mərasimi isə saat 23:00-da "NTV" və "Kral TV" ortaq yayımı ilə ekrana gələcək.


Tamaşaçılarınsa ən böyük mükafatı "imperatorun" səsini eşitmək olacaq...

Günel Həbib

O.M.