Ledi Qaqa ilə Madonna qohum çıxdılar

Ledi Qaqa ilə Madonna qohum çıxdılar

17 May 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)


25 yaşlı Ledi Qaqa ilə 51 yaşlı Madonna qohum çıxdılar. "Boston Globe"nin xəbərinə görə, araşdırmalar iki starın uzaqdan-uzağa qohum olduğunu göstərir. Onların hər ikisinin 1600-cü ildə Fransadan Amerikaya köçən fermer bir ailə ilə bağlılıqları var.

Qara dəri kostyumları ilə "Saturday Night Live"in qonağı olan Madonna və həmkarı Ledi Qaqa rola girərək, bu cür dava etmişdilər. Mübahisə anında Madonna qanunları tapdalayaraq, Ledinin saçına əl atmış və onu qısa müddətliyinə özünə təslim etmişdi. Daha sonra onların yanında olan aktyor Kenan Tompson bu dava-dalaşa son qoymuşdu.


Artistlik ancaq səhnədə alqışlarla qarşılanır...

Günel Həbib

O.M.