Bu an üçün sərvət xərcləndi

Bu an üçün sərvət xərcləndi

16 May 2011 20:08
Bəyəndim (0) Bəyənmədim (0)
"Azərbaycan 2 milyon avro xərclədi, birinci oldu"


Almaniyanın Düsseldorf şəhərində təşkil edilən 56-cı "Eurovision" mahnı müsabiqəsində 6-cı olan Dino Merlin ölkəsinə qayıtdı.

Merlin "Sarayevo" hava limanında jurnalistlərə verdiyi açıqlamada "Eurovision Song Contest"də bu il birinci olan Azərbaycanın strategiya baxımından illərdir bu müsabiqəyə investisiya etdiyini ifadə edərək, "Mahnıdan daha çox qoyulan yaxşı sərmayə müsbət nəticə verdi. Azərbaycan keçən il "Eurovision" üçün 3, bu il isə təxminən 2 milyon avro xərclədi. Azərbaycan bu müsabiqəyə yaxşı sərmayə qoydu və nəticəsini aldı", - dedi. O, Bosniya-Herseqovinanın müsabiqədə altıncı olmasından məmnun olduğunu ifadə edərək, "5 ay ərzində ciddi iş rejimində idik. 43 ölkə arasında 6-cı olmaq da bir uğurdur", - deyə əlavə etdi.

150 min avroluq sərmayə ilə müsabiqəyə qatılan Bosniya-Herseqovina "Love in Rewind" (Geriyə sarılmış eşq) adlı parça ilə çıxış etmişdi. Bu parçanı səsləndirən Dino Merlin isə Bosniya musiqisinin "yaşayan əfsanəsi" kimi göstərilir.


Yüz yeyənin olsun, bir deyənin olmasın...

Günel Həbib

O.M.