"Türklər qazandı!"

"Türklər qazandı!"

15 May 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)
Zəfər Azərbaycanın oldu!

Almaniyanın Düsseldorf şəhərində "Eurovision 2011" yarışmasının qalibi Azərbaycan oldu!

Türk saytları isə bu günü "Türklər qazandı" deyə qeyd etdilər. Birincisi ona görə ki, bizlər iki dövlət bir millətik. İkincisi isə ona görə ki, təmsilçimiz Niki səhnəyə türk bayrağı ilə çıxdı. Bütün bu səbəblər imkan yaratdı ki, türklər bu gün belə bir başlıqla çıxış etsinlər: "Türklər qazandı!" və ya "Yarım finalda seçilməyən "Yüksek Sadakat"a Türkiyə nə qədər kədərlənsə də, Azərbaycanın bu jesti ilə birinci olmuş qədər sevindi", "Türk bayrağını havada dalğalandıran Niki yarışmada iştirak etmədiyi üçün heyfsilənən Türkiyəni artıqlaması ilə təsəlli etdi".

Xatırladaq ki, yarışmada 25 ölkə iştirak edirdi. Rəqiblərinin içində ən yüksək balı - 221 balı toplayan Azərbaycan birinci pillənin sahibinə çevrildi.

Neçə-neçə belə uğurlara...

Günel Həbib