Zaur Ulviraya qarşı aqressivliyini büruzə verdi

Zaur Ulviraya qarşı aqressivliyini büruzə verdi

12 May 2011 18:31
Bəyəndim (0) Bəyənmədim (0)

Yarım saat öncə "ATV"də yayımlanan "Onun yarısı" verilişində əks-sədaya səbəb olacaq bir hadisə baş verdi. Aparıcı Zaur Baxışəliyev iştirakçı Elmarın, "Geyinin-keçinin gəlin", - kəlməsinə aqressiv münasibət bildirdi. "Bu nə sözdür? Zəhləm gedir bu kəlmədən! Guya gələnlər lüt-üryan gəlməyəcək ki? Hamı əyninə paltar geyinib gəlir də", - deyə Zaur canlı yayımda fikrini bu cür açıqladı. Xatırladım ki, "Geyinin-keçinin gəlin" kəlməsi ANS-də yayımlanan "Toy olsun" verilişinin aparıcılarının populyar şüarıdır.

Çox güman ki, buraxdığı səhvlər ucbatından yanvar ayında verilişinin yayımlanması dayandırılan Zaurun quyruğu qapının arasından çıxıb. O, artıq alternativ verilişi və aparıcılarını özünə rəqib hesab etmir.

Könül Aypara