"Merhamet"lə geri qayıdır...

"Merhamet"lə geri qayıdır...

30 Avqust 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)
"Kanal D"nin serialına sürpriz isim qatıldı

"Kanal D"nin sevilən serialı "Merhamet" yeni sezona sürprizlərlə başlayır. İstehsalçısı "Most Production" olan seriala Kıvanç Kasabalı qatılır. Ünlü oyunçu Irmakın qaranlıq işləri üçün istifadə etdiyi təhlükəsizlik şirkətinin rəhbəri Sinanı canlandıracaq. K.Kasabalı, "Uzun müddətdir ara verdiyim işimə "Merhamet"lə geri dönürəm. Gəldiyim ilk gündən də isti bir ortamla qarşılaşdım. Rejissoru daha öncə tanıdığım üçün çox rahatam. Serialı daha öncə də sevə-sevə izləyirdim. Ona görə də təklif gələndə tərəddüd etmədim", - dedi.

Qeyd edək ki, aktyoru əvvəllər "Yaprak dökümü", "Küçük Kadınlar" və "Samanyolu"nda görmüşük.

Günel Həbib

O.M.