Rəqsanə:  "O qədər bir-birinin kişisini əlindən alanlar var ”

Rəqsanə: "O qədər bir-birinin kişisini əlindən alanlar var ”

28 Avqust 2013 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni qorxur

Müğənni Rəqsanə İsmayılovanın səhhətində problem var.

Müğənni bu haqda "Onlar" verilişində danışıb:"Psixoloji durumumda problem var, bütün sinirlərim pozulub, həkimə müraciət edib müalicə alıram. Sentyabrın 5-ə kimi müalicəm davam edəcək. Klip çəkilişlərim yarımçıq qalıb. Bir gün çəkiliş oldu, ikinci gün çəkilişə gedə bilmədim. Sentyabr ayına az qalıb, artıq Türkiyə layihəm baş tutacaq".

Gizli ailə həyatı qurmasından da danışan müğənni çox xoşbəxt olduğunu bildirib:"Nişanlanmam xəbəri çox söz-söhbət yaratdı. Ona görə gizli evləndik. Artıq evli qadınam. Çox xoşbəxtəm ki, mənim və balalarımın yanında belə bir şəxs var. Həyat yoldaşımın kimliyini açıqlamayacam. Şou-biznes əhlinə güvən yoxdur. Hər an hər şey ola bilər. O qədər bir-birinin kişisini əlindən alanlar var. Ərimi əlimdən ala bilərlər"

O.M.