Nişan xəbəri yalan çıxdı

Nişan xəbəri yalan çıxdı

28 Avqust 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Zamiqlə "ATV" kanalının aparıcısı Nanə Ağamalıyevanın dünən nişanlanması haqda xəbər yayılıb.

"Qafqazinfo"ya açıqlama verən müğənninin mətbuat katibi Türkan Məmmədli bu xəbərlərin əsassız olduğunu bildirib:"Bu xəbərlər şayiədir. Zamiqlə Nanə yaxın dostdurlar. Hər ikisi məşhur simalardır. Dostluqları üzdə olduğu üçün belə xəbərlər yayılır. Nişan söhbəti yalandır. Zamiq "Bu şəhəri çox sevirəm" adlı solo konsertinə hazırlaşır. Konsert sentyabrın 18-i "Yaşıl" teatrda baş tutacaq".

O.M.