"Muhteşem Yüzyıl"da sürpriz sevgi doğdu

"Muhteşem Yüzyıl"da sürpriz sevgi doğdu

27 Avqust 2013 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Murat Dalkılıçın eks sevgilisi Merve Boluğur ssenari dəyişdirdi! Aktrisa hazırda həm karyerasında, həm də şəxsi həyatında hərəkətli günlər yaşayır. Bitən serialının ardından "Muhteşem Yüzyıl"la işbirliyi quran ünlü bunun üçün 8 kq çəki yığmağa belə razılıq verib. Mervenin yeni serialla birlikdə yeni bir sevgiyə yelkən açdığı da ortaya çıxdı. Onun yeni "yakışıklısı" eyni serialda rol alacağı Engin Öztürkdür. Qeyd edək ki, ulduzlar hələlik sevgilərini gözlərdən, qulaqlardan uzaq yaşamaq istəyirlər. Bu səbəbdən gizlincə görüşməyə üstünlük verirlər.

Günel Həbib

O.M.