Cəmilə: "Kişi məndən zövq almalıdır"

Cəmilə: "Kişi məndən zövq almalıdır"

27 Avqust 2013 10:32
Bəyəndim (2) Bəyənmədim (7)

Elit Star Cəmilən fikrincə, şou-biznesdə hər kəsin öz qanunu var, hər kəs də öz yerindədir: "Mənim üçün birinci və axırıncı insan yoxdur. Hamıya hörmətlə yanaşıram. Hərənin öz açarı da öz əlindədir. Mən öz açarımı heç ərimin də əlinə verməmişəm. Qaldı ki, kiməsə verim. Şou-biznesin yaradıcılarından biri mənəm. Hətta qalmaqal olmasa, mümkün deyil. Kim nə desə, həmən cavabını verirəm. Bu da olur qalmaqal. Mən heç kəsdən çəkinmirəm və qorxmuram. Nə deyirlər, cavablarını da alırlar. Qalmaqalı elə ilk dəfə gündəmə mən gətirmişəm. Çünki mən fərqliyəm. Elit-star Cəmiləyəm. İyirmi ildir onlarla vuruşuram, hələ də davam edəcək. Mən başqa cür ola bilmərəm. Mən beləyəm. Kim istəyir sevsin, kim istəyir sevməsin. Allah məni sevsə, yetər. Mən bu şou əhlinə fikir vermirəm, mənim öz yolum, öz mahnılarım, öz həyat tərzim var. Məni xalq qəbul etsin, sevsin, məclislərində iştirak edim. Şou əhli onsuz da bir-birini sevmir. Çox paxıldırlar. Mən hər zaman gündəmdəyəm, gündəmdən də getməmişəm ki, qayıdım. Geyimimdəki açıq-saçıqlığı deyirsinizsə, bu, mənim üçün normaldır. Fiquram, gözəlliyim bunu tələb edir. 90-60-90 ölçülərdəyəm. Qadın gözəlliyi ən böyük silahdır. Qadın hərtərəfli gözəl olmalıdır. Gözəl olmaqla oturuşunu, duruşunu bilməlidir. Kişi ondan zövq almalıdır, cazibədar olmalıdır. Mən cazibədar xanımam, çünki özümü çox bəyənirəm. Hər zaman da belə olacaq fiquram. Heç kəs mənim zövqümü dəyişə bilməz. Mən superəm. Kolbasa, sosiska çox ziyandır, yemirəm. Çörəyi az yeyirəm, ətdən az istifadə edirəm, şirniyyatlardan uzağam, dondurulmuş toyuqdan istifadə etmirəm. Yeməyimdə ən çox meyvə-tərəvəzlərə üstünlük verirəm, balqabaq yeyirəm, balığa, bir də kənd toyuğuna, qatığa, südə üstünlük verirəm. Məncə gözəlliyimi göstərmək eyib deyil. Mən özümə arxayınam deyə, soyunub şəkil çəkdirə bilərəm. Bəzən məni geyim tərzimə görə qınayırlar. Başa düşmürlər ki, bu mənim imicimdir, yaşım neçə olursa-olsun, mən belə olacam. Mən Azərbaycan üçün iyirmi il tez doğulmuşam. Özümə də super baxıram. Ev şəraitində bir çox təbii maskalar düzəldib, üzümə qulluq edirəm. Başqaları kimi üzümü çəkdirməmişəm. Üz bədənin aynasıdır, əgər sifətində hər hansı problem varsa, demək, sənin daxilində də nəsə problem var. Bəziləri kimi piylərimi əritməklə formaya düşmürəm. Bilirəm, mənə qarşı paxıllıqlar var. Heç vecimə də deyil, Azərbaycan şou-biznesində səs diapazonuna görə ən bərkgedən mənəm. İndi belə şeylərə çox fikir vermirəm. Mən öləndən sonra deyəcəklər ki, Cəmilə belə oxuyurdu, belə geyinirdi. Qoy indi məsxərəyə qoysunlar. Hamını görürük də, göz qabağındadır. Heç imicmekerim də yoxdur, öz zövqümlə geyinib, bəzənirəm. Yeri gəlmişkən, bir necə il qabaq müğənnilərimiz arasında ilk dəfə mən şou-biznesimizin ən gözəl nənəsi olmağım barədə acıqlama vermişəm. Məndən sonra özlərini gözəl və gənc nənə elan edənlər artsa da, o vaxt özünə nənə deyən yox idi. Çünki çoxu yaşını gizlədirdi. Elə bilirdilər ki , bununla nəsə dəyişəcək. Yəqin qorxurdular ki, sponsurları onlara pul buraxmaz, axı nənədilər! Mənim fikrimcə, müğənni sözü ağzından "rastamoşka" edib çıxarmalıdır, xüsusilə də efirdə , jurnalistlə danışanda. Əks halda, həmişə bunun cəzasını cəkir. Hərdən görürəm Elit-star ləqəbimə də ilişənlər olur. Mənim kimi Azərbaycan, türk, rus , ingilis dillərində səlis danışan və oxuyan müğənni varsa, adımı ona bağışlaya bilərəm. Bəziləri özlərini yalandan kübar kimi aparırlar. İnsan daxilən elit olmalıdır, geyim- keçimlə yox. Hətta Qubada verliş aparan zaman bəzi müğənnilərin iş üzlərini gördüm. Mən özüm də qeyri-adi, möhtəşəm layihələr edə bilərəm. Amma bu, sponsorrsuz mümkün deyil. Bizdə güclü prodüsserlər də yoxdur ki , onların hesabına nəsə görəsən. İndiki prodüsserlər deyirlər ki, yanında gedim ora- bura, mən pul ver. Prodüssreim özüməm. İndiyədək nə etmişəmsə ,öz gücümə etmişəm - ilk flaş-kartla albomu öz ideyamla buraxdırmışam. Bu heç özünə 1 nömrə deyən prodüsserlərin ağlına gəlmədi. Çıxardardılar, bunu işlədikləri müğənni üçün edərdilər də......

İdeyanı irəli sürmək üçün baş lazımdır. Başımda o qədər ideya var ki , hamısını özüm edəcəm, heç kimə bir ipucunu vermərəm, mənə prodüsser yox, sponsur lazımdır ki, ideyalarımı həyata keçirim başqa ölkələrdə. Yoxsa bəzi müğənnilərimiz gedib Türkiyədə yaşayıb, neçə ildə bir iş görə bilmədilər. Bir klip çəkdirib orda gündəmdə olmağla deyil, bir işə möhür də vura bilmədilər.Qarşıma güclü sponsur çıxsa, bilirəm nə edərəm. Şəxsi həyatımda da yeniliklər çoxdur. Məni sevən insanlar da var. Bu haqda danışmaq istəmirəm. Ola bilər ki, ərə gedə bilərəm. İnanın ki, heç vecimə də deyil kim nə düşünəcək, danışacaq - mən Cəmiləyəm, məndən yoxdur. Səhvsiz insan olmur. Səhvim olanda da peşman olmuram. Çünki bu olub, olacaq. Allahın yazısıdır. Mən elə insanam ki, tüpürdüyümü yalamıram".

Şəlalə Nəriman

O.M.