Günay Musayeva: "İnanıram ki, ölkəmizi layiqincə təmsil edirəm"

Günay Musayeva: "İnanıram ki, ölkəmizi layiqincə təmsil edirəm"

23 Avqust 2013 13:53
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanlı model "Miss Eurovision" yarışmasının rəhbəridir

Sentyabr ayında Türkiyədə 68 ölkənin iştirakı ilə "Miss Eurovision İnternational" yarışması keçiriləcək. Sevindirici, eyni zamanda qürurverici haldır ki, yarışmanın rəhbəri həmyerlimiz Günay Musayevadır. Gözəl model bu barədə Oxumeni.az saytına geniş açıqlama verib:

- 68 ölkənin iştirakçıları arasında Azərbaycan nümayəndəsi də var. Bu gün "Wow" oteldə Türkiyə seçimələrinə tam yekun vurduq. 120 iştirakçıdan Türkiyə təmsilçisi bəlli oldu. Jüri rəhbəri olaraq, Türkiyə nümayəndəsinə önəm verdiyim cəhətlərdən biri də xanımın gözəlliyindən savayı bir neçə əcnəbi dil bilməsi idi. Həmçinin, yüksək səviyyədə mədəniyyəti də diqqətimi cəlb etdi. Axı bu yarışmada iştirakçının gözəlliyi ilə yanaşı intellektual səviyyəsinə də diqqət yetiriləcək. Qalib sentyabr ayında "Halit Konqre" mərkəzində müəyyənləşdiriləcək. Azərbaycanlı model olaraq Türkiyənin məşhur yarışmalarında ("Best model of Turkey", "Best model of the Word", "Miss Eurovision") jüri, hətta rəhbər kimi təklif almaq, gözəllik yarışmalarından söhbət düşdükdə ilk olaraq nəzərlərdə tutulmağım mənim üçün sevindirici haldır. İnanıram ki, azəri qızı olaraq ölkəmizi layıqıncə təmsil edirəm.

Qardaş ölkə olsa da belə, Türkiyədə iş qurmaq, üstəlik şou-biznesə qatılmaq çox çətin prosesdir. Həm mənəvi, həm də maddi cəhətdən. Bu çətin yükü çiyinləri üzərində daşıyanlardan biri də gözəl model Günay Musayevadır ki, ona işlərində uğurlar diləyirik!

Hazırladı: Könül Aypara