İlham Kərimli motodor oldu

İlham Kərimli motodor oldu

23 Avqust 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya xalqlarının rəqslərinin mahir ifaçısı, peşəkar rəqqas İlham Kərimli yeni rəqs nömrəsi hazırlayıb. Rəqqas Ans-ə açıqlamasında, "Teador" ispan rəqsini ifa etdiyini bildirdi: "Xarakterik rəqsdir. İspanlarin sevimli döyüş növü olan öküz döyüsündən təsinlənərək yaradılan rəqs hərəkətlərindən ibarətdir."
Xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyi rəqsi İlham Kərimli matador kostyumda ifa edib. Rəqqas xüsusi olaraq "Teodor" rəqsi üçün hazırlandığı bu kostyumun əl işi olduğunu və rəqs kostyumları içində ən bahalı olduğunu deyib. İlham Kərimli üzəri əl işləmələrindən ibarət kostyumun qiymətini açıqlamaq istəmədi.

O.M.