Vəfa Zeynalova:"Çəkiliş qrupuna ayıb olsun!"

Vəfa Zeynalova:"Çəkiliş qrupuna ayıb olsun!"

22 Avqust 2013 14:01
Bəyəndim (0) Bəyənmədim (0)
Erotik səhnəsi ilə gündəmdən düşməyən aktrisa danışdı

Son vaxtlar "İlahi məxluq" filmindəki erotik səhnəsi ilə gündəmdən düşməyən aktrisa Vəfa Zeynalova yazılanları özünə qarşı "qara piar" adlandırıb.

"APA TV"də yayımlanan "Səhər" verilişinə qonaq olan aktrisa bu söz-söhbətlərin onu ruhdan salmadığını deyib: "Əgər bu, filmin çəkiliş qrupunun piarı idisə, onlara ayıb olsun. Mən bu cür ucuz piarlara qaçmıram. Belə söz-söhbətlər məni ruhdan salmır. 16 ildir sənətdəyəm, həmişə peşəmi sevmişəm, bir iş görəndə ona canımı, ruhumu qoyuram. Tamaşaçını məcbur edəcəm ki, mənim sənətimə hörmətlə yanaşsınlar. Mənim ünvanıma tənqidlər yazanlar bu həyatda heç nəyə nail olmayan, xalqın lazımsız parçasıdırlar. Belələrinə önəm vermirəm!"

O.M.