Hürrem sultan 4 aylıq hamilədir!

Hürrem sultan 4 aylıq hamilədir!

21 Avqust 2013 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Yazardan şok açıqlama!

Məlumata görə, bir müddət öncə "tükənmişlik sindromu" diaqnozu ilə Türkiyəni tərk edib vətəni Almaniyaya qayıdan Məryəm Uzerli 4 aylıq hamilədir. Bu barədə köşə yazarı Ayşə Arman bildirib.Arman Məryəmlə görüşərək onun Türkiyədə keçirdiyi 3 ili, "Möhtəşəm Yüzil"i, başına gələn hər şeyi öyrənib. "İnanılmaz şeylər öyrəndim. O, bizim zənn etdiyimizdən də çox ağır şeylər yaşayıb. Şok içində qaldım. Amma ən əsası, Məryəm hamilədir! Körpəsi təxminən 4 aylıqdır. Saçlarını qısa kəsdirib. Həm xoşbəxt, həm də kədərlidir. Güclü olmağa çalışır. Məryəm "subay ana" olmağa hazırlaşır".Qeyd edək ki, Məryəm biznesmen sevgilisi Can Atəşdən 3 həftə öncə ayrılıb. Can Atəş bir neçə gün bundan öncə yeni sevgilisi ilə Kandillidə bir restoranda görüntülənib.

O.M.