İlham Mirzəyev getdi....

İlham Mirzəyev getdi....

21 Avqust 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)
Teleaparıcı tamaşaçıları ilə sağollaşdı

"Əziz "Facebook" dostlarım. Mətbuatdan da bilirsiniz ki, iyun ayında mənə hücum olmuşdu. Bu ağır zərbənin psixoloji sarsıntısı təbii ki, keçmir. Aldığım xəsarət indi də özünü göstərir. Boyun nahiyəmdəki bıçaq yarası boynumda deformasiya yaradıb və iflicolma dərəcəsinə gətirib çıxarmaq üzrədir. Sizdən və məni sevən insanlardan gizlin olmadığına görə bunu da sizə yazmalıyam. Türkiyə Respublikasında müalicə almalıyam. Bir müddət burda olmayacağam. Sizin dualarınızla, Allahın da köməkliyi ilə İnşallah bu problemi də həll edərəm. Sağ və salamat ara verdiyim televiziya proqramlarına və klinikadakı işlərimə geri dönərəm. Çox çətin şəraitdə proqramlarımı çəkdim. Sizə xəstə olduğumu bildirmədim. Çünki siz məni hər zaman gülərüz və şən İlham Mirzəyev kimi görmüsünüz. İnşallah, yenə də müalicədən sonra belə olaram. Sizlərdən ötrü darıxacağam....Tezliklə görüşənədək... Hər birinizi çox-çox sevən: İlham Mirzəyev"

Əlavə edək ki, bir az öncə bu sözləri tanınmış teleaparıcı, psixoloq İlham Mirzəyev Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib. Kollektivimiz adından İlham müəllimə şəfalar arzulayır, sağ-salamat vətəninə dönməsini diləyirik.

O.M..