Samiraldo: "Nanə çox zövqsüz xanımdır"

Samiraldo: "Nanə çox zövqsüz xanımdır"

20 Avqust 2013 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Stilist Samir Əliyev (Samiraldo) şou-biznes əhlinin bu yay seçdikləri geyimlərdən danışıb. "Qafqazinfo"ya açıqlamasında stilist Rəqsanənin şou-biznesin ən zövqlü müğənnisi seçib: "Mənim üçün ən zövqlü geyinən Rəqsanədir. Bu yay onun bütün geyimlərini çox bəyəndim. Bəzi geyimləri Röya və Aygünün geyimlərinə bənzəsə də, çox zövqlü geyinir. Bu insan bazara da, studiyaya da, toya da, istirahətə də gedəndə gözəl geyinir.Ayan Babakişiyeva səhnəmizin dəbli gənc müğənnilərindəndir. Son vaxtlar geyimləri ilə hər kəsi heyran edir.Zülfiyyə Xanbabayeva arıqlayıb və artıq rəngarəng geyimlərə üstünlük verir. Bu mənim çox xoşuma gəlir.Aygün Kazımova və Röya həmişəki kimi geyimləri ilə seçilir. Onlar həmişə zövqlü geyinir.Elza Seyidcahanın əvvəlki geyimlərində mənalar, gözəlliklər çox idi. Lakin indi onun geyimləri Bülent Ersoyun geyimlərini xatırladır. Bu mənə xoş gəlmir. Seyidcahan Azərbaycanın "Lady Gaga"sıdırsa, bunu qoruyub saxlamalıdır və özünə məxsus geyimlər seçməlidir.Zeynab Xanlarova, Nisə Qasımova, İlhamə Quliyeva, Flora Kərimova o vaxtdan estradada modanın təməlini qoyublar. Onlar əlçatmazdırlar. İndiki cavan müğənnilər də onlardan nümunə götürür. Nisə Qasımova hər zaman taxdığı şlyapalarla seçilib.Kişi müğənnilərdən Faiq Ağayev, Ədalət Şükürov hər zaman dəblə geyinir. Bu yay Eldar Qasımovun və Zamiqin geyimlərini çox bəyəndim.Zövqsüz geyinən kişi və qadın müğənnilərimiz çoxdur. Deyə bilərəm ki, Günay İbrahimli çox zövqsüz geyinir. Onun nə saç düzümü, nə makiyajı, nə də geyimi xoşuma gəlir.Kişi müğənnilərdən Nadir Qafarzadə çox zövqsüz geyinir.Aparıcılardan Nanə Ağamalıyeva, Afaq Gəncəli geyimini bilmir. Çox zövqsüz xanımlardır".

O.M.