Ulvira Qarayeva qayıdır

Ulvira Qarayeva qayıdır

19 Avqust 2013 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl ANS-dən çıxarıldığı bildirilən aparıcı Ulvira Qarayeva yeni layihəyə başlayır. Bu barədə Mövqe.az-a özü məlumat verib.

Ulvira Qarayeva sentyabrdan efirdə görünəcəyini deyib. Amma bəzi məqamları gizli saxlamağı üstün tutub: "Kanalların birində yeni bir layihə ilə tamaşaçıların görüşünə gələcəyəm. Əslində həmin verilişin hazırlıq işləri çoxdan başlanılıb. Sosial yönümlü veriliş olacaq. Yaxın 3-4 günə anonslar yayımlanacaq. Sentyabrdan isə veriliş start verəcək. Hələlik telekanalın və verilişin adını açıqlamıram".

Ülvira Qarayeva hamını, xüsusilə də onu sevənləri səbirli olmağa çağırıb: Demək istəyirəm ki, səbirli olun, möhtəşəm layihə ilə gəlirəm. Çox az qaldı...".

O.M.