"Böyüyüm icazə verərsə, səhnəni tərk edəcəm"

"Böyüyüm icazə verərsə, səhnəni tərk edəcəm"

17 Avqust 2013 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
"Yoxsa mən nə karəyəm ki?"

Bu gün Space televiziyasının canlı efirində 70 illik yubileyini qeyd edən xalq artisti İlhamə Quiliyeva böyük səhnədən getmək istədiyini açıqlayıb. Oxumeni.az xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla "Şərəf" ordeninə layiq görülən xalq artisti buna görə dövlət başçısına təşəkkürünü bildirib:"Bizim xalqımızı xoşbəxt günlərə aparan, xalqımıza əmin-amanlıq gətirən dövlət başçısı İlham Əliyevə can sağlığı, ailəsinə xoşbəxtlik, onun böyük sirdaşı, silahdaşı, dünyanın ən gözəl birinci ledisinə salamlarımı göndərirəm. Xoşbəxtəm ki, Azərbaycan vətəndaşıyam, xoşbəxtəm ki, sənətimə layiqli qiymətlər verilir və inşallah da veriləcək. Yaradıcılığımın 40-cı ilində böyük səhnədən getmək üçün böyüklərimdən icazə istədim, lakin buna icazə verilmədi. Bu gün yaradıcılığımın yarım əsri tamam olur. Yenə də böyüyümdən icazə istəyəcəm. Mən sənətin başqa profilində də çalışmaq əzmindəyəm. Əgər böyüyüm icazə verməsə, mən nə karəyəm ki, özüm bildiyim kimi hərəkət edəm. Mən səhnəni tərk etməyi çox istəyirəm. Hər şey zamanında gözəldir. Böyüyüm icazə verərsə, bu addımı atmaq istəyirəm".

O.M.