Azəri iş adamının müğənnidən ikinci uşağı olacaq

Azəri iş adamının müğənnidən ikinci uşağı olacaq

17 Avqust 2013 11:56
1 116
Bəyəndim (0) Bəyənmədim (0)

Keçən il reportajlarında ikinci uşaq istəmədiklərini açıqlayan Ebru Gündeş yenidən ana olacaq.

39 yaşlı müğənni Ebru Gündeş dünən axşam saatlarında hamilə olduğunu öyrənib. 2 yaşlı Alara Zərrab adlı qızı olan Gündeş xoşbəxt xəbəri ilk olaraq ailəsi ilə paylaşıb. Daha sonra ikinci dəfə ana olacaq olan Ebru Gündeş xoşbəxtliyini Twitter səhifəsindəki izləyiciləri ilə paylaşıb: "Gözəl xəbəri sizinlə paylaşmaq istəyirəm. Bəli, Allahın izni ilə Alarama qardaş gəlir. Xoşbəxtliyimi paylaşan hər kəsə sonsuz təşəkkür edirəm".

Qeyd edək ki, həyat yoldaşı Rza Zərrab keçən il Gündeşə analıq hədiyyəsi olaraq Kanlıcada dəyəri 26 milyon lira olan iki villa hədiyyə etmişdi.

O.M.