Rəqsanə səhnəni tərk edəcəyi günü açıqladı

Rəqsanə səhnəni tərk edəcəyi günü açıqladı

15 Avqust 2013 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Rəqsanə 40 yaşından sonra sənəti tərk edəcək. Sənətçi bunu "ATV maqazin" dərgisinə açıqlamasında deyib: "40 yaşdan sonra oxumayacam, sənətdən gedəcəm. 40-dan sonra yaşlılığa doğru addım atırsan. İstəmirəm ki, bu gün şou-biznesdə olan yaşlı nəslin nümayəndələrinin "qırğınları" kimi hallar yaşayam. Biz həmin yaşlı nəsillərə baxıb, örnək götürməliyik. Amma bu gün onlar özləri dava edirlər. Ona görə də zamanı gələndə yavaş-yavaş kənara çəkiləcəm".

O.M.