“Obama öz sponsorları haqda düşünsün”

“Obama öz sponsorları haqda düşünsün”

14 Avqust 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Realiti- şou ulduzu Kim Kardaşyanın anası Kris Cenner prezident Barak Obamanın qızı ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib.

"Qafqazinfo"nun Ermənistan mətbuatına istinadən verdiyi məlumaat görə, 57 yaşlı Cenner Obamanın "Kardaşyan Amerikanın şərəf və ləyaqətinə ləkədir" fikrinə cavab olaraq bildirib ki, qızı dünyanın ən zəhmətsevər insanıdır:"Kim həmişə işləyir. O, gecələr də yatmır. Mən Kim və Kanyenin gəncləri yüngül həyat tərzinə sürükləməsi fikri ilə razılaşmıram. Obama böyük evləri və ona seçkilərdə sponsorluq edən dostları haqda düşünsün. Bu hərəkət də gənclərə pis örnəkdir".Xatırladaq ki, Barak Obama Kardaşyanın həyat tərzi ilə amerikalı gəncləri pis yola sürüklədiyini söyləyib:"Kim və Kanye amerikalı gənclər üçün şişirdilmiş və ədalətsiz standartlar üzərində qurulmuş həyat tərzi sərgiləyirlər. Onlar Amerika mədəniyyətinin dəyərini azaldırlar. Həyatda yaxşı təhsil, zəhmətsevərlik və yüksək mədəniyyət sahəsində uğur qazanmaq olur. Lakin bu cütlük gəncləri pul qazanmağa və yüngül həyat tərzinə yönəldir. Bizim vaxtımızda gənclər ulduzların həyatı ilə çox az maraqlanırdılar, indikilər isə səhərdən axşama kimi Kimin nə geyindiyi və ya Kanyenin özünü necə aparması ilə maraqlanırlar".

Qeyd edək ki, Kim Cenner tanınmış amerikalı biznesmen və televiziya prodüsseridir. Onun Kim də daxil olmaqla 5 qızı və 1 oğlu var.

O.M.