Riki Martin gəlir!

Riki Martin gəlir!

11 May 2011 18:09
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyəyə gəlir...

Son zamanlar Türkiyə xarici ulduzların dayanacağı olub desək, yəqin ki, yanılmarıq. Elton Con, Şakira, J.Lo kimi ulduzlardan sonra bu dəfə də Riki Martin bu torpağa ayaq basmağa hazırlaşır. Elə siz də hazırlaşın! Riki heyranları, əgər kumirinizin konsertində iştirak edib, onun mahnıları ilə feyziyab olmaq istəyirsinizsə, o zaman 18 iyun tarixində Türkiyədə olun!

Riki Martin 18 iyunda "Turkcell Kuruçeşme Arena"da, iki gün sonra isə "Bursa Festivalı"nda olacaq. Biletlərin qiymətinə gəldikdə isə VİP biletlər 135 manat, səhnənin önündəki oturacaqların qiyməti isə 60 manatdır. Ayaq üstə dayanmağı seçənlər və pul kisələrinə yüklənməyənlər 40 manat ödəməli olacaqlar. Biletlər 13 maydan etibarən satışa çıxacaq.

Tək söz işlətmək olar: DƏYƏR!

Günel Həbib