Üzeyirin konsertinə 2 min nəfər buraxılmadı

Üzeyirin konsertinə 2 min nəfər buraxılmadı

12 Avqust 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 9-da Üzeyir Mehdizadə Lənkəran şəhərində Bayram konserti ilə çıxış edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, konsert açıq havada keçirilsə də, 2000 nəfər içəri buraxılmayıb. Buna səbəb konsertin keçirildiyi məkanın 1000 nəfər tamaşaçı tutumuna malik olması idi. Konsertdə iştirak edə bilməyənlər Üzeyiri istirahət mərkəzinin ətrafından izləməli olublar. Təşkilatçılar lənkəranlıların bu cür möhtəşəm konserti çoxdandır ki görmədiklərini deyib.Solo konserti zamanı Mehdizadə səhnəni DJ Roshka, meyxanaçı Bəhruz və yumorist Raminlə bölüb.

O.M.