DİN-dən Namiqin 10 saatlıq saxlanılması ilə bağlı açıqlama

DİN-dən Namiqin 10 saatlıq saxlanılması ilə bağlı açıqlama

10 Avqust 2013 12:49
Bəyəndim (0) Bəyənmədim (0)
"Ən azından belə gözəl gündə yalan xəbər yayılmamalıdır"

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun polis orqanları tərəfindən saxlanılması məsələsinə Daxili İşlər Nazirliyindən açıqlama gəlib.

Bu barədə "Qafqazinfo"ya açıqlama verən Ehsan Zahidov bildirib ki, informasiya həqiqəti əks etdirmir: " Namiq Qaraçuxurlunun Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinədə 10 saat saxlanılması xəbəri doğru deyil. O, özü də bu barədə məlumatı təkzib edib". Qeyd edək ki, dünən mətbuatda tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu polis tərəfindən saxlanılması haqda informasiya yayılmışdı.

Meyxanaçı isə açıqlamasında yayılan informasiyanın kökündən yanlış olduğunu və ümumiyytlə belə bir hadisənin baş vermədiyini bildirib:"Mən bütün Ramazan ayı oruc tutmuşam. Bu gün də hamı kimi bayramı qeyd etməya hazırlaşırdım. Səhər tezdən mənə saysız gələn zənglərin nəticəsində bu xəbərdən məlumatım olub. Ən azından belə gözəl gündə yalan xəbər yayılmamalıdır ilk növbədə bu günahdır".

O.M.